SOCAR büdcəyə ödənişləri azaltdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR büdcəyə ödənişləri azaltdı

SOCAR büdcəyə ödənişləri azaltdı


Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2016-cı ilin aprel ayında dövlət büdcəsinə 119 milyon 845 min manat vəsait ödənilib.

Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 12 milyon 658 min manat və ya 9,55% azdır.

Oxu.Az SOCAR-a istinadən xəbər verir ki, cari ilin yanvar-aprel aylarında büdcəyə 444 milyon 975 min manat vəsait ödənilib. Bu da 2015-ci ilin dörd ayı ilə müqayisədə 27 milyon 971 min manat və ya 5,91% azdır.

Bundan əlavə, bu ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 138 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin aprel ayı ilə müqayisədə 1 milyon 230 min manat və ya 110,3 % çox olub.

Ümumiyyətlə, 2016-cı ilin yanvar-aprel aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 45 milyon 108 min manat təşkil edib. Bu da 2015-ci ilin yanvar-aprel aylarına nisbətən 1 milyon 486 min manat və ya 3,19% azdır.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *