SOCAR bu il büdcəyə 1 milyard manata yaxın vəsait ödədi
Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2015-ci ilin avqust ayında dövlət büdcəsinə 124 milyon 503 min manat vəsait ödənilib.
Bu barədə Oxu.Az-a SOCAR-dan bildirilib.
Ümumiyyətlə, 2015-ci ilin yanvar-avqust aylarında büdcəyə 998 milyon 758 min manat vəsait ödənilib.
Bundan əlavə, cari ilin avqust ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 477 min manat vəsait köçürüb. 2015-ci ilin yanvar-avqust aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 92 milyon 434 min manat təşkil edib.
Qeyd edək ki, 2015-ci ilin yanvar ayında SOCAR dövlət büdcəsinə 118 milyon 502 min manat vəsait ödəmişdi.
Mənbə:> Oxu.Az