Nazirlik dövlət büdcəsinə 2 milyard manatdan çox vəsait ödədi
2015-ci ilin yanvar-may ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 848 milyon 882,7 min manat vəsait daxil olub.
Oxu.Az-a nazirlikdən verilən məlumata görə, bununla proqnoz tapşırığına 101,6% əməl edilib.
Qeyri neft-qaz sektoru üzrə büdcəyə 1 milyard 905 milyon 879,0 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% çoxdur.
Ümumi vergi daxilolmalarında qeyri neft-qaz sektorunun xüsusi çəkisi 66,9% təşkil edir.
Mənbə:> Oxu.Az