Vergilər Nazirliyi dövlət büdcəsinə 5 milyard manata yaxın vəsait ödədi
Nazirlik məlumat yayd.
2015-ci ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 565 milyon 375,8 min manat vəsait daxil olub.
Bu barədə Oxu.Az - a Vergilər Nazirliyindən bildirilib.
Nazirlik qeyd edib ki, proqnoz tapşırığına 101,4% əməl edilib.
Qeyd edək ki, hesabat dövründə vergi orqanlarında 52 897 vergi ödəyicisi qeydiyyata alınıb.
Mənbə:> Oxu.Az