SOCAR-ın dövlət büdcəsinə ödənişləri azaldı
Dövlət Neft Şirkəti (SOCAR) bu ilin oktyabr ayında dövlət büdcəsinə 136 milyon 31 min manat vəsait ödəyib.
Bu barədə SOCAR-dan Oxu.Az-a bildirilib.
Şirkətdən verilən məlumata görə, yanvar-oktyabr aylarında büdcəyə ümumilikdə 1 milyard 271 milyon 276 min manat vəsait ödənilib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 18,8% azdır.
Bundan əlavə, SOCAR-dan bildirilib ki, cari ilin oktyabr ayında Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 194 min manat vəsait köçürüb.
Qeyd edək ki, 2015-ci ilin yanvar-oktyabr aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 115 milyon 417 min manat təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə azalma 3% azdır.
Mənbə:> Oxu.Az