Gömrük Komitəsi dövlət büdcəsinə ödənişləri artırdı
2015-ci ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 134 milyon 284 min manat həcmində vergi və rüsumlar daxil olub.
Oxu.Az komitəyə istinadən xəbər verir ki, bu da bu ötən ilin anoloji dövrü ilə müqayisədə 12 milyon 365 min manat və ya 10% çoxdur.
Aylıq büdcə daxilolmalarının 33 milyon 880 min manatı gömrük rüsumları, 92 milyon 324 ƏDV, 6 milyon 227 min manatı aksizlər, 1 milyon 852 min manatı yol vergisinin payına düşüb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında DGK-nın xətti ilə dövlət büdcəsinə ödənişlərin həcmi cari ilin anaoloji dövrü ilə müqayisədə daha az 121 milyon 919 min manat təşkil etmişdi.
Mənbə:> Oxu.Az