Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə ödənişləri azaltdı
2015-ci ilin avqust ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 117 milyon manat həcmində vergi və rüsumlar daxil olub.
Oxu.Az komitəyə istinadən xəbər verir ki, bu da bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 12,23% azdır.
Aylıq büdcə daxilolmalarının 22 milyon 730 min manatı gömrük rüsumları, 85 milyon 518 min manatı ƏDV, 7 milyon 128 min manatı aksizlər, 1 milyon 631 min manatı yol vergisinin payına düşüb.
Qeyd edək ki, ötən ilin avqust ayı ilə müqayisədə gömrük rüsumlarının həcmi 45,04% azalıb, ƏDV 0,28%, aksizlərin həcmi 35,2%, yol vergisi 16,52% artıb.
Mənbə:> Oxu.Az