Mərkəzi Bank hərraca çıxardığı notların 91%-i satdı
Dekabrın 21-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) ümumi həcmi 50 milyon manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Aznews.info xəbər verir ki, bu barədə “Report”a BFB-dən bildirilib.
Hərraca 2 investor tərəfindən iki sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 45 milyon 577 min 700 manat, yəni təklifin 91,16%-i qədər təşkil edib.
Sifarişlər 98,8472 manat (14,9945%) - 98,8473 manat (14,9932%) qiymət intervalında təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98,8472 manat (14,9945%), ortaölçülmüş qiyməti 98,8473 manat (14,9932%) səviyyəsində müəyyən edilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar dekabrın 21-də həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 45 milyon 577 min 700 manat məbləğində müəyyən edilib. Qiymətli kağızların ödəmə tarixi 18 yanvar 2017-cı ildir.
Mənbə:> Report.az