Azərbaycanın xarici aktivləri 4 milyard azalıb –TƏHLİL
Xalis daxili aktivlərimiz 2016-cı ilin noyabrında ötən ilin sonuna ilə müqayisədə 20,9% artıb.
Aznews.info xəbər verir ki, Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir ki, bu rəqəm 10 milyard 263 milyon manatdan 12 milyard 410 milyon manata yüksəlib.
Xalis daxili aktivlər isə 2016-cı ilin noyabrında xalis xarici aktivlərdən çox olub. Xalis xarici aktivlərin həcmi cəmisi 7 milyard 861 milyon manat təşkil edib və bu xalis daxili aktivlərdən 4 milyard 548 milyon manat azdır.
Xalis xarici aktivlərdə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunub. Belə ki, ötən ilin sonunda xalis xarici aktivlərin həcmi 11 milyard 55 milyon manat olub.
Bundan başqa, 19 milyard 799 milyon manat dəyərində iqtisadiyyata kredit qoyuluşu həyata keçirilib. Bu isə ötən illə müqayisədə 19,6% azalma deməkdir.
Ümumilikdə isə 2016-cı il ərzində iqtisadiyyata kredit qoyuluşları azalma ilə müşahidə olunub. Belə ki, ilin ilk ayında iqtisadiyyata kredit qoyuluşu 24 milyard 205 milyon manat olduğu halda, noyabrda bu həcm 19 milyard 799 milyon manat təşkil edib.
Geniş pul kütləsinin manatla məbləği isə 2016-cı ilin noyabrında 10 milyard 942 milyon manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 2 milyard 329 milyon manat və ya 27% artım deməkdir.
Manatın 2016-cı ilin noyabrına olan dövretmə sürəti 5,43 olub. Ötən ilin sonunda isə manatın dövretmə sürəti 6,31 olub.
Mənbə:> Fins.az