Türk Hava Yolları 8 milyard manat qazanıb
Türk Hava Yolları (THY) 2015-ci ilin 9 ayında 21 milyard 593 milyon lirə satış gəliri (təxminən 8 milyard manat) 2 milyard 376 milyon lirə isə xalis mənfəət (təxminən 800 milyon manat) əldə edib.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, THY-dən verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında satış gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 17% artaraq, 21 milyard 593 milyon lirə təşkil edib.
THY-dən verilən məlumata görə, şirkətin xalis mənfəəti isə ötən ilin analoji dövrü ilə müqayisədə 50% artaraq, 2 milyard 376 milyon lirə olub.
THY analoji dövrdə 341 min səfər edib və bununla 46,5 milyon nəfər sərnişin daşınıb.
Qeyd edilib ki, şirkət bu rəqəmlərlə ən gəlirli şirkətlər arasında mövqeyini qoruyub saxlaya bilib.
Mənbə:> Oxu.Az