Apple yeni bir rekorda imza atdı » AzNews.info -Xəbər portalı

Apple yeni bir rekorda imza atdı

Apple yeni bir rekorda imza atdı


Apple 2015-ci ilin III rübündə (aprel-iyun) 49,6 milyard dollar gəlir və 10,7 milyard dollar xalis mənfəət əldə edərək yeni bir rekorda imza atıb.

Oxu.Az xəbər verir ki, bu göstəricilərdə 2014-cü ilin analoji dövrü ilə müqayisədə gəlirləri 33%, xalis mənfəəti isə 39% çoxdur.

Qeyd edək ki, şirkət 2014-cü ilin üçüncü rübündə 37,4 milyard dollar gəlir və 7,7 milyard dollar xalis mənfəət açıqlamışdı.

Şirkətin iPhone satışlarından əldə edəcəyi gəlirlə bağlı proqnozlar özünü doğrulmayıb.

Belə ki, Apple-in iPhone satışlarından gəliri 47 milyon 534 min dollar olub. Bu da ötən ilin analoji, yəni III dövrü ilə müqayisədə 35% çoxdur. Şirkət iPhone satışlarının adıçəkilən dövr üçün 48,8 milyon dollar olacağını proqnozlaşdırmışdı.

Apple 2015-ci ilin birinci rübündə isə 74 milyon 500 min ədəd iPhone satmaqla bütün dövrlərin rekordunu qırmışdı.

Bundan əlavə, şirkətin iPad satışları 2014-cü ilin üçüncü rübünə nisbətən 17% azalaraq, 10 milyon 931 min ədədə düşüb. Şirkət 2014-cü ilinin analoji dövründə isə 12 milyon 623 min ədəd iPad satmışdı.

Xatırladaq ki, şirkət gəlirlərinin 64%-ni ABŞ xaricindən reallaşdırılan satışlardan qazanıb.

Apple proqnozlaşdırır ki, 2015-ci ilin III rübünün sonunda şirkətin gəlirləri 49 - 51 milyard dollar arasında ola bilər. Bazar isə bu proqnozun 51,1 milyard dollar səviyyəsində olacağını bildirmişdi.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *