Azərbaycan Gürcüstana ixracı azaltdı
2016-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan Gürcüstana məhsul ixracının həcmi 17,4% azalaraq, ümumilikdə, 321,16 milyon dollar təşkil edib.
Aznews.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatında qeyd olunub.
Hesabata görə, Azərbaycan Gürcüstanın məhsul idxal etdiyi ölkələr arasında 6-cı yeri tutur.
Bu siyahıda liderliyi Kanada edir - təxminən 1,8 milyard dollar, daha sonra Türkiyə 997,8 milyon dollarla ikinci yerdə, İrlandiya isə 620,34 milyon dollarla üçüncü yerdə qərarlaşıb.
2016-cı ilin 9 ayı ərzində Gürcüstanla Azərbaycan arasında mal dövriyyəsi 415,1 milyon dollar təşkil edib.
Mənbə:> Trend.az