Azərbaycanın ixracı kəskin azalıb
2016-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 6 milyard 382 milyon dollar təşkil edib.
Oxu.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 31,78% azalıb.
İdxal əməliyyatlarının həcmi illik müqayisədə 18,19% azalaraq 3 milyard 332 milyon dollar, ixrac əməliyyatlarının həcmi isə illik müqayisədə 42,26% azalaraq 3 milyard 50 milyon dollar təşkil edib.
Cari ilin 5 ayı ərzində Azərbaycan 155 ölkə ilə ticarət əməliyyatı aparıb. Bu müddətdə ölkədən 1826 adda məhsul ixrac edilib, idxal olunan mal çeşidi isə 6297 ədəd təşkil edib.
Mənbə:> Oxu.Az