Azərbaycanın ixracı yarıyadək azalıb
Bu ilin 11 ayında xarici ticarətin həcmi ötən ilin eyni dövrünə nisbətən 34,73% azalıb. İdxal əməliyyatları 1,03% artsa da, ixrac əməliyyatları 48,73% azalıb.
Oxu.Az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, ticarət əməliyyatlarının həcmi 18 milyard 815 milyon 373 min dollar, idxal əməliyyatlarının həcmi isə 8 milyard 196 milyon 177 min dollar təşkil edib.
Əsas malların ixracında azalmalar belə olub:
Xam neft – 53,01%
Neft məhsulları – 45,62%
Təbii qaz – 27,11%
Çay – 36,17%
Bitki və heyvan mənşəli piy və yağlar – 21,42%
Şəkər – 5,58%
Spirtli və spirtsiz içkilər – 17,84%
Plastmas və onlardan hazırlanan məmulatlar – 29,17%
Emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri – 49,47%
Qara metallar və onlardan hazırlanan məmulatlar – 20,89%
İxracda əsas mallardan kimya sənayesi məhsulları 20,69%, meyvə-tərəvəz – 3,99%, alüminium və ondan hazırlanan məmulatlar 3,81% artıb.
İdxalda isə artım belə olub:
Ət – 0,11%
Meyvə-tərəvəz – 129,63%
Buğda – 4,10%
Əczaçılıq məhsulları – 18,74%
Oduncaq və ondan hazırlanan məmulatlar – 79,66%
Qara metallar və onlardan hazırlanan məmulatlar – 66,98%
Nəqliyyat vasitələri və onların hissələri – 49,74%
Bir sıra məhsulların idxalında azalmalar da diqqət çəkir: süd – 17,21%, kərə yağı – 10,05%, şəkər – 35,6%, neft məhsulları – 54% və s.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli