Ərzaqların dünya qiymətləri ucuzlaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Ərzaqların dünya qiymətləri ucuzlaşdı

Ərzaqların dünya qiymətləri ucuzlaşdı

2008-ci ilin dekabr ayından bəri ən güclü ucuzlaşma.

Ərzaqların dünya qiymətləri 2015-ci ilin avqustunda 5,2% ucuzlaşıb, bu isə 2008-ci ilin dekabr ayından etibarən ən güclü ucuzlaşmadır. Bu barədə BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının press-relizində bildirilib.

Oxu.Az lenta.ru-ya istinadən bildirir ki, əsasən dənlilərin qiymət indeksi 7 faiz azalıb. Bitki yağı 8,6 faiz, süd məhsulları 9,1 faiz ucuzlaşıb. Ən çox ucuzlaşan isə şəkər olub – 10%.

Əsasən ucuz qiymətlər, 2014-cü ildə əldə edilən bol məhsul ilə izah edilir. Belə ki, dənlilər üzrə rekord əldə edilərək məhsulun həcmi 2,54 milyard tondan ibarət olub. Cari ildə məhsulun həcminin əvvəlki ildən 0,8% az olacağı gözlənilir.

2014-15 mövsümünün nəticələrinə görə, bütün növ dənli bitkilərin ehtiyatları artıb. Belə ki, onların ümumi həcmi 44 milyon ton artıb. Buğda ehtiyatı 14 milyon ton, yem taxılı 33 milyon artıb. Yalnız düyü ehtiyatları bir qədər azalıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *