Azərbaycanın xaricə satdığı neftin həcmi açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanın xaricə satdığı neftin həcmi açıqlandı

Azərbaycanın xaricə satdığı neftin həcmi açıqlandı


Azərbaycan 2015-ci ilin 11 ayı ərzində 29 milyon 941 min 481 ton neft ixrac edib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 0,9% azdır.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yanvar-noyabr ayları üzrə açıqladığı hesabatda deyilib.

“Sayğacların göstəricilərinə əsasən, yanvar-noyabr aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 24 milyon 421 min 855 ton (həmçinin “Şahdəniz” yatağından 1 milyon 952 min 274 ton qaz kondensatı), Bakı-Supsa neft kəməri ilə 3 milyon 915 min 164 ton, Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon 186 min 918 ton neft ixrac olunub. Dəmir yolları ilə Gürcüstan limanlarına 417 min 543 ton neft daşınıb”, - deyə DGK-nın hesabatında vurğulanıb.

Bundan başqa, komitədən bildirilib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 121 milyon 667 min ABŞ dolları məbləğində neft məhsulları (2710 mal kodu üzrə) idxal olunub. On bir ayda neft məhsulları Azərbaycanın ümumi idxalının 1,48%-ni təşkil edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *