SOCAR Novorossiysk limanından xam neft ixracını artırdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR Novorossiysk limanından xam neft ixracını artırdı

SOCAR Novorossiysk limanından xam neft ixracını artırdı


Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 270 min 108 ton neft ixrac edib. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 36,2% çoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə SOCAR-ın açıqladığı yeni hesabatda deyilib.

“SOCAR 2015-ci ilin noyabr ayında Novorossiysk limanından 169 min 661 ton neft ixrac edilib”, - deyə şirkətin məlumatında deyilib.

Qeyd edək ki, 2015-ci ilin oktyabr ayında SOCAR Novorossiysk limanından neft yola salmayıb. Bir öncəki ay isə, yəni sentyabrda isə adıçəkilən limandan 169 min 775 ton neft ixrac edilmişdi.

Bundan başqa, şirkətdən bildirilib ki, ötən ay dünya bazarlarında “Brent” markalı neftin bir barelinin orta qiyməti 44,3 dollar, “Urals” markalı neftin bir barelinin qiyməti 43,05 dollar, “BTC FOB Ceyhan” markalı neftin qiyməti 45,18 dollar təşkil edib.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *