SOCAR: Ceyhan limanından 2 milyon tondan çox neft satıldı
2015-ci ilin noyabr ayı ərzində 2 milyon 306 min 69 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.(Bu həcmin 1 milyon 620 min 19 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib).
Bu barədə SOCAR-dan Oxu.Az-a bildirilib.
“Cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 26 milyon 340 min 24 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il dekabr ayının 1-ə qədər Ceyhan limanından 288 milyon 279 min 114 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb”, - deyə SOCAR-ın yaydığı hesabatda deyilib.
Mənbə:> Oxu.Az