Azərbaycan neft ixracını azaltdı
Azərbaycan 2015-ci ilin yanvar-oktyabr aylarında 28 milyon 127 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,4% azdır.
Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Sayğacların göstəricilərinə əsasən, yanvar-oktyabr aylarında Bakı-Tiflis-Ceyhan neft kəməri ilə 22 milyon 640 min ton, Bakı-Supsa neft kəməri ilə 3 milyon 549 min ton, Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon 101 min ton neft ixrac olunub. Dəmir yolları ilə Gürcüstan limanlarına 835 min 86 ton neft daşınıb”, - deyə komitədən bildirilib.
Komitənin məlumatına görə, hesabat dövründə ixrac edilmiş 7 milyard 589 milyon 61,01 min dollar məbləğində neftin bəyan edilmiş həcmi 18 milyon 292 min 892 ton təşkil edib.
2015-ci ilin 10 ayı ərzində Azərbaycandan 645 milyon 45,33 min məbləğində 1 milyon 822 min 62,37 ton neft məhsulu ixrac olunub.
Mənbə:> Oxu.Az