Azərbaycanın xarici ticarət dövriyyəsi kəskin azalıb
Azərbaycanın xarici ticarət dövriyyəsi bir ildə 33,44% azalaraq, ötən il 20 milyard 645,9 milyon dollar təşkil edib.
Bu barədə Oxu.Az Dölət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
Hesabata görə, idxal əməliyyatlarının həcmi 0,36% artaraq 9 milyard 221,4 milyon dollar, ixrac isə 47,66% azalaraq 11 milyard 424,5 milyon dollar olub.
DGK-dan bildirilib ki, xarici ticarət dövriyyəsinin müsbət saldosunda kəskin azalma qeydə alınıb.
Xarici ticarət dövriyyəsinin müsbət saldosu 2014-cü illə müqayisədə 5,7 dəfə azalaraq 12,6 milyard dollardan 2,2 milyard dollara düşüb. Azərbaycanın 165 ölkə ilə ticarət etidiyi hesabat ilində ölkədən 2 477 çeşiddə mal ixrac olunub, ölkəyə idxal olunan mal çeşidi isə 6 231 ədəd təşkil edib.
Mənbə:> Oxu.Az