Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin azaltdı
Gürcüstanın Statistika Xidmətinin məlumatına əsasən, Azərbaycan Gürcüstanın ikinci ən böyük ticarət tərəfdaşıdır.
Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, ölkələr arasında ticarət dövriyyəsi 2015-ci ilin birinci rübündə 214.2 milyon ABŞ dolları təşkil edib.
Azərbaycana ixrac yarıdan çox azalıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə 63.48% təşkil edib. Bu, əsasən Gürcüstandan Azərbaycana avtomobillərin ixracının azalması ilə bağlıdır. Belə ki, 2015-ci ilin birinci rübündə avtomobil ixracı 24.8 milyon ABŞ dolları təşkil edib. 2014-cü ilin yanvar-martında isə bu göstərici 79.8 milyon ABŞ dollar olub.
Azərbaycandan Gürcüstana idxal 16.5% azalıb.
Gürcüstanın birinci ən böyük ticarət tərəfdaşı Türkiyədir (ticarət dövriyyəsi 360.9 milyon ABŞ dolları). Gürcüstanın üçüncü ən böyük ticarət tərəfdaşı isə Çindir (192.1 milyon ABŞ dolları).
2015-ci ilin birinci rübündə Gürcüstanın xarici ticarəti 10% azalaraq 2.27 mlrd ABŞ dolları təşkil edib.
Mənbə:> Oxu.Az