Azərbaycan Rusiya, Türkiyə və İrana ixracı azaltdı
2015-ci ilin ilk 4 ayı ərzində Azərbaycandan İrana 9 milyon 138.32 min dollar dəyərində məhsul ixrac olunub. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 3 milyon 713.29 min dollar və ya 28,8% azdır.
Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Komitənin məlumatına görə, ölkənin 2015-ci ilin ilk 4 ayının ümumi ixracda payı 0.21% olub. Halbuki 2014-cü ilin ilk 4 ayı ərzində bu göstərici 71.11% olaraq qeydə alınıb.
Bundan başqa, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiyaya məhsul ixracında da azalma müşahidə olunub:
Komitə bildirir ki, 2015-ci ilin ilk 4 ayı ərzində Rusiyaya 103 milyon 085.05 min dollar dəyərində ixrac olunan məhsullar olmuşdusa, 2014-cü ilin analoji dövründə bu göstərici 171 milyon 217.85 min dollar dəyərində idi.
Eyni tendensiya Türkiyəyə ixracatda da özünü göstərib:
“Belə ki, 2015-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan Türkiyəyə 99 milyon 612.48 min dollar dəyərində məhsul ixrac olunub. 2014-cü ilin analoji dövründə isə bu göstərici 150 milyon 007.05 min dollar dəyərində olmuşdu. Azalma 33,5%”.
Mənbə:> Oxu.Az