Azərbaycan Gürcüstan iqtisadiyyatına 137 milyon dollar yatırıb
Bu ilin birinci rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 137 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya (FDI) yatırıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Komitəsi məlumat yayıb.
Qurumun məlumatına görə, bu, ötən rüb qonşu ölkənin iqtisadiyyatına yatırılan investisiyanın 36%-nə bərabərdir.
Statistika idarəsinin məlumatında qeyd edilir ki, Azərbaycandan sonra ilk üçlükdə 57 milyon dollarla (15%) Türkiyə, 44 milyon dollarla (12%) Böyük Birtaniya qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı birbaşa investisiyanın həcmi 2015-ci ilin ilk rübü ilə müqayisədə 78 milyon dollar yaxud 2,3 dəfə çoxdur.
Qurum qeyd edir ki, ölkə iqtisadiyyatına yatırılan xarici sərmayənin (376,4 milyon dollar) əsas hissəsi (53% və ya 200 milyon dollar) nəqliyyat və rabitə sektoruna yönəldilib.
Mənbə:> Report.az