Azərbaycanda manat kütləsi azalıb
Bu, son aylar ərzində pul bazasının ilk azalmasıdır.
Azərbaycan Mərkəzi Bankı (AMB) pul bazası ilə bağlı iyulun 29-a olan rəqəmləri açıqlayıb.
Oxu.Az AMB-ə istinadən xəbər verir ki, bu günə olan vəziyyətə pul bazasının həcmi 7 milyard 638,1 milyon manat təşkil edib.
Bu, bir ay əvvəllə müqayisədə 51,3 milyon manat və ya 0,66% azdır.
Mənbə:> Oxu.az