Azərbaycanda pul bazasının həcmi kəskin azalıb
2016-ci ilin yanvarın 1-nə Azərbaycanda pul bazasının həcmi 6 milyard 901,8 milyon manat təşkil edib.
Oxu.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu isə son bir ayda 171,2 milyon manat və ya 2,54% artım deməkdir.
AMB-dən bildirilib ki, pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyard 640,1 milyon manat və ya 40,2% azalıb.
Mənbə:> Oxu.Az