Neftin və dolların bu günə qiyməti » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Neftin və dolların bu günə qiyməti – FOTO

Neftin və dolların bu günə qiyməti


Dünya birjalarında neftin qiymətində cüzi ucuzlaşma olub. ANS PRESS-in məlumatına görə, ötən axşam 47.26 dollar həddinə çatan “Brent” markalı neftin bir barelinin qiyməti hazırda 47,03 dollarda qərarlaşıb.

“WTI” markalı neftin qiymətində də ucuzlaşma hiss olunur. “Texas” markalı neftin bir barelinin qiyməti axşam 45.45 dollar həddinə çatsa da hazırda bu rəqəm 45,18 dollarda qərarlaşıb.

Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,43 dollar bahalaşaraq 46,05 dollar təşkil edib.

Neftin və dolların bu günə qiyməti


Əlvan metalların qiymətində cüzi ucuzlaşma müşahidə edilir. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 40,07 dollar olub. Platinin 1 qramı 32,77 dollar, palladiumun 1 qramı isə 19,58 dollara çatıb. Gümüşün qiyməti də cüzi ucuzlaşaraq 1 qram üçün 0,55 dollarda qərarlaşıb.

Neftin və dolların bu günə qiyməti


AMB-dən verilən məlumata görə, 27.04.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5033 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində cüzi bahalaşma qeydə alınıb. Avro 1.6983 manat, Rusiya rublu bahalaşaraq 0.0229 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.1917 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.532 AZN dəyərində müəyyənləşib.

Neftin və dolların bu günə qiyməti


Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 28.04.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5056 səviyyəsində müəyyən olunub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *