Neftin və dolların bu günə qiyməti » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Neftin və dolların bu günə qiyməti

Neftin və dolların bu günə qiyməti


Neft bu həftəyə ucuzlaşma ilə başladı. Buna, Dohada neft istehsal edən ölkələrin nümayəndələrinin gərgin müzakirələrlə keçən görüşünün nəticəsiz başa çatmasının səbəb olduğu güman edilir. ANS PRESS-in məlumatına görə, hazırda dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 41.23 dollar təşkil edir.

“WTI” markalı neftin qiymətində də ucuzlaşma qeydə alınıb. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 38.38 dollar müəyyən olunub.

Keçirilən ən son hərraclarda "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,01 dollar və ya 0,02% azalaraq 44,72 dollar təşkil edib.

Əlvan metalların qiymətində cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 39,79 dollar olub. Platinin 1 qramı 31,50 dollar, palladiumun 1 qramı isə 18,24 dollara düşüb. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0,52 dollarda qərarlaşıb.


AMB-dən verilən məlumata görə, 15.04.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5218 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində cüzi bahalaşma qeydə alınıb. Avro 1.7140 manat, Rusiya rublu sabit qalaraq 0.0230 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.1538 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5336 AZN dəyərində müəyyənləşib.


Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 18.04.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5167 səviyyəsində müəyyən olunub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *