Neftin və dolların bu günə qiyməti
Həftənin əvvəlində müşahidə olunan ucuzlaşmadan sonra dünya birjalarında neftin qiyməti nisbətən bahalaşmağa başlayıb. ANS PRESS-in məlumatına görə, cüzi bahalaşmadan sonra dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti 38.42 dollar təşkil edib.
“WTI” markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 36.71 dollar müəyyən olunub.
Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar ucuzlaşaraq 38,86 dollar təşkil edib.
Əlvan metalların qiymətində cüzi bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər bahalaşaraq 39,59 dollar olub. Platinin 1 qramı 30,59 dollar, palladiumun 1 qramı isə 17,57 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0,48 dollar müəyyənləşib.
AMB-dən verilən məlumata görə, 05.04.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5165 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində cüzi bahalaşma qeydə alınıb. Avro 1.7271 manat, Rusiya rublu isə ucuzlaşaraq 0.0221 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.1611 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5382 AZN dəyərində müəyyənləşib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 06.04.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi stabil qalaraq 1,5165 səviyyəsində müəyyən olunub.
Mənbə:> ANSPRESS