Neft qiymətində bahalaşma oldu » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Neft qiymətində bahalaşma oldu

Neft qiymətində bahalaşma oldu


Dünya birjalarında neftin qiymətindəki kəskin ucuzlaşmadan sonra nisbi bahalaşma müşahidə olunub. ANS PRESS-in məlumatına görə, birjaların satışlar üzrə hesabatına görə “Brent” markalı neftin qiyməti ötən günə nisbətən bahalaşaraq 44.66 dollara çatıb.

Nisbi bahalaşma özünü “Texas” (WTI) markalı neftdə də göstərib. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neft dünənki qiymətinə nisbətən bahalaşaraq 41.46 dollar olub.

London birjasında keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,62 dollar və ya 1,41% artaraq 44,42 dollar təşkil edib.
Əmtəə birjalarında qızılın qiymətində nikbinlik müşahidə olunub. Belə ki, son günlər ucuzlaşmağa başlayan qızılın qiyməti dünənki göstəricilərə nisbətən bahalaşaraq 1 qram üçün 34.60 dollar olub. Gümüşün qiymətində də nisbi bahalaşma olsa da bu özünü qram qiymətində göstərməyib. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.45 dollar müəyyənləşib.

Ölkəmizdə həftəyə bahalaşma ilə başlayan ABŞ dollarının satış qiyməti dünənki düşüşdən sonra sabit qalıb. Mərkəzi bankın məlumatına görə, 1 ABŞ dollarının qiyməti 1.0506 AZN təşkil edib. Euroda isə ötən gün başlayan dirçəliş yenə də davam edib. Avrozona valyutasının qiyməti, 1 euro üçün 1.1257 AZN təşkil edib. Rusiya rublunda qeydə alınan bahalaşma isə ucuzlaşma ilə əvəzlənib. 1 rublun qiyməti ötən gün 0.0162 AZN olub.

Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:
1 ABŞ dolları – 1.0506 AZN
1 Euro – 1.1257 AZN
1 rus rublu – 0.0162 AZN

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *