Neftin qiyməti bahalaşdı
Dünya birjalarında neftin qiymətində bahalaşma qeydə alınıb. ANS PRESS-in məlumatına görə, birjalarda olan satışlar üzrə hesabat bunu göstərir. Bu hesabatlara görə “Brent” markalı neftin qiyməti 0.91% artaraq 0.43 USD bahalaşıb. Bu bahalaşma ilə "Brent" markalı neftin qiyməti 47.85 dollara çatıb.
“Brent” markalı neft həftəyə bahalaşma ilə başladı
Bu cür bahalaşma “Texas” markalı neftdə də qeydə alınıb. Son məlumatlara görə, "Texas" markalı neft 0.88%, yəni 0.39 usd artaraq 44.68 dollara çatıb.
Bahalaşma “Texas” neftində də müşahidə olundu
Birjalarda qızılın qiymətində də bahalaşma müşahidə olunub. Belə ki, qızılın qiyməti bahalaşaraq 1 qram üçün 35.13 dollara çatıb. Gümüşdə də qismi bahalaşma qeydə alınıb. Birjalarda gümüşün qiyməti 1 qram üçün 47 sent müəyyənləşib.
Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:
1 ABŞ dolları – 1.0498 AZN
1 Euro – 1.1424 AZN
1 rus rublu – 0.0166 AZN
1 Türkiyə lirəsi – 0.3667 AZN
Mənbə:> ANSPRESS