Neftin və dolların bu günə qiyməti
Dünya birjalarında neft həftəyə bahalaşma ilə başladı. ANS PRESS-in məlumatına görə, hazırda dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti 40.63 dollar təşkil edir.
“WTI” markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 39.84 dollar müəyyən olunub.
Keçirilən ən son hərraclarda AzəriLayt” markalı neftin bir barrelinin qiyməti bahalaşaraq 42,63 dollar təşkil edib.
Dünya bazarında 28.03.16 tarixində neftin qiyməti
Əlvan metalların qiymətində ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 38,95 dollar olub. Platinin 1 qramı 30,35 dollar, palladiumun 1 qramı isə 18,53 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0,48 dollar müəyyənləşib.
Dünya bazarında 28.03.16 tarixində əlvan metalların qiyməti
AMB-dən verilən məlumata görə, 18.03.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5971 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.8066 manat, Rusiya rublu isə bahalaşaraq 0.0235 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.3099 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5609 AZN dəyərində müəyyənləşib.
Valyutanın məzənnəsi
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 28.03.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5876 səviyyəsində müəyyən olunub.
Mənbə:> ANSPRESS