Neftin qiyməti bahalaşır
Dünya birjalarında neftin qiymətində nisbi geriləmə bahalaşma ilə əvəz olundu. ANS PRESS-in məlumatına görə, birjaların satışlar üzrə hesabatına görə “Brent” markalı neftin qiyməti ötən günə nisbətən bahalaşaraq 46.12 dollara çatıb.
“Texas” (WTI) markalı neftdə də nisbi bahalaşma qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neft dünənki qiymətinə nisbətən bahalaşaraq 42.68 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,11 dollar bahalaşaraq 45,89 dollar təşkil edib.
Əmtəə birjalarında qızılın qiymətində nisbi bahalaşma müşahidə olunub. Belə ki, son günlər ucuzlaşmağa başlayan qızıl ötən bahalaşaraq 1 qram üçün 34.59 dollar olub. Gümüşün qiymətində də nisbi bahalaşma olsa da bu özünü qram qiymətində göstərməyib. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.45 dollar müəyyənləşib.
Həftəyə bahalaşma ilə başlayan dollarda düşüş yaşanıb. Mərkəzi bankın məlumatına görə, ötən gün 1 ABŞ dollarının qiyməti 1.051 AZN təşkil edib. Euroda müşahidə olunan ucuzlaşma isə bahalaşma ilə əvəzlənib. Avrozona valyutasının qiyməti, 1 euro üçün 1.1171 AZN təşkil edib. Rusiya rublunda qeydə alınan ucuzlaşma isə davamç edib. Dünən 1 rublun qiyməti 0.0159 AZN olub.
Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:
1 ABŞ dolları – 1.051 AZN
1 Euro – 1.1171 AZN
1 rus rublu – 0.0159 AZN
Mənbə:> ANSPRESS