Neftin və dolların bu günə qiyməti » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Neftin və dolların bu günə qiyməti

Neftin və dolların bu günə qiyməti


Ötən həftə müşahidə olunan nikbinliyin əksinə neft bu həftəyə ucuzlaşma ilə başlayıb. ANS PRESS-in məlumatına görə, hazırda dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 44,68 dollar təşkil edir.

“WTI” markalı neftin qiymətində də düşüş hiss olunur. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 43,18 dollar müəyyən olunub.

Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 45,42 dollar təşkil edib.

Neftin əksinə əlvan metalların qiymətində bahalaşma müşahidə edilir. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər bahalaşaraq 39,60 dollar olub. Platinin 1 qramı 32,26 dollar, palladiumun 1 qramı isə 19,23 dollara çatıb. Gümüşün qiyməti də bahalaşaraq 1 qram üçün 0,54 dollarda qərarlaşıb.

AMB-dən verilən məlumata görə, 22.04.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5074 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində cüzi ucuzlaşma qeydə alınıb. Avro 1.7028 manat, Rusiya rublu bahalaşaraq 0.0227 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.1633 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5318 AZN dəyərində müəyyənləşib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 25.04.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5036 səviyyəsində müəyyən olunub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *