Dollar düşdü, neft bahalaşmağa davam edir
Ötən gün neftin qiymətində müşahidə olunan nikbinlik bu gün də davam edir. ANS PRESS-in məlumatına görə, hazırda dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 45,11 dollar təşkil edir.
“WTI” markalı neftin qiymətində də canlanma hiss olunur. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 43,73 dollar müəyyən olunub.
Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 45,42 dollar təşkil edib.
Neftin əksinə əlvan metalların qiymətində ucuzlaşma müşahidə edilir. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 39,54 dollar olub. Platinin 1 qramı 32,44 dollar, palladiumun 1 qramı isə 19,38 dollara çatıb. Gümüşün qiyməti də bahalaşaraq 1 qram üçün 0,54 dollarda qərarlaşıb.
AMB-dən verilən məlumata görə, 22.04.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5074 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində cüzi ucuzlaşma qeydə alınıb. Avro 1.7028 manat, Rusiya rublu bahalaşaraq 0.0227 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.1633 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5318 AZN dəyərində müəyyənləşib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 25.04.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi sabit qalaraq 1,5036 səviyyəsində müəyyən olunub.
Mənbə:> ANSPRESS