Neftin və dolların bu günə qiyməti
Dünya birjalarında neftin qiymətində cüzi bahalaşma olub. ANS PRESS-in məlumatına görə, hazırda dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 44,89 dollar təşkil edir.
“WTI” markalı neftin qiymətində də cüzi bahalaşma hiss olunur. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 43,08 dollar müəyyən olunub.
Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 45,42 dollar təşkil edib.
Neftlə yanaşı əlvan metalların qiymətində də bahalaşma müşahidə edilir. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər bahalaşaraq 39,88 dollar olub. Platinin 1 qramı 32,59 dollar, palladiumun 1 qramı isə 19,43 dollara çatıb. Gümüşün qiyməti də bahalaşaraq 1 qram üçün 0,54 dollarda qərarlaşıb.
AMB-dən verilən məlumata görə, 25.04.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5036 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində cüzi ucuzlaşma qeydə alınıb. Avro 1.6902 manat, Rusiya rublu ucuzlaşaraq 0.0226 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.1692 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5275 AZN dəyərində müəyyənləşib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 26.04.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5006 səviyyəsində müəyyən olunub.
Mənbə:> ANSPRESS