Azərbaycanın magistral kəmərlərlə nəql etdiyi qazın həcmi azaldı
Azərbaycanda 2015-ci ildə magistral qaz kəmərləri ilə 21,2 milyard kub metr qaz nəql edilib. Əvvəlki ilin müvafiq dövrünə nisbətən qaz nəqlində 3,2% azalma müşahidə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) ötən ilin yanvar-dekabr ayları üzrə açıqladığı hesabatda bildirilib.
Qazın nəqlinin 31,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Ötən il ərzində bu kəmərlə 6,65 milyard kub metr qaz ötürülüb.
Magistral neft kəmərləri ilə 45,7 milyon ton neft nəql edilib. Nəqletmənin 76,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və keçən ilin yanvar-dekabr aylarıərzində bu kəmər vasitəsilə 34,81 milyon ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 5,5 milyon ton tranzit nefti də nəql edilib.
Mənbə:> Oxu.Az