“Bakı-Tbilisi-Ceyhan”-a çəkilən xərclər açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

“Bakı-Tbilisi-Ceyhan”-a çəkilən xərclər açıqlandı

“Bakı-Tbilisi-Ceyhan”-a çəkilən xərclər açıqlandı


Birinci üç rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 106 milyon dollar, əsaslı xərclərə isə 32 milyon dollar xərclənib.

Oxu.Az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin cari ilin birinci üç rübü üçün açıqladığı hesabatda deyilib.

Hesabata görə, 1768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən bəri bu boru kəməri vasitəsilə ümümilikdə təxminən 2,3 milyard barel (307 milyon ton) xam neft nəql edilmiş və Ceyhanda 3026 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

“Üç rüb ərzində BTC vasitəsilə təqribən 26,3 milyon ton(198 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 275 tankerə yüklənib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur”,- deyə şirkətin məlumatında deyilib.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *