ABŞ Azərbaycan neftinin idxalını azaldıb » AzNews.info -Xəbər portalı

ABŞ Azərbaycan neftinin idxalını azaldıb

ABŞ Azərbaycan neftinin idxalını azaldıb

Ümumi həcmin üçdə birindən çox.

2015-ci ilin yanvar-oktyabr aylarında ABŞ Azərbaycandan 4,82 milyon barel neft ixrac edib, 2014-cü ilin müvafiq dövründə idxal edilən neftin həcmi 7,35 milyon barel idi. ABŞ Dövlət energetik informasiya idarəsinin (EİA) saytında yerləşdirilən məlumatda bildirilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Neft Rossii” saytı “Trend”ə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilib ki, 2015-ci ilin oktyabr ayında 1,77 milyon barel Azərbaycan nefti idxal edilib, 2014-cü ilin oktyabr ayında Azərbaycan neftinin idxal edilən göstəricisi 3,15 bareldən ibarət idi.

2014-cü ildə ABŞ Azərbaycandan 8,4 milyon barel neft idxal edib, 2013-cü ildə Azərbaycandan ABŞ-a 10,41 milyon barel neft idxal edilib.

Azərbaycan neftinin əsas nəql edilmə marşrutu Bakı-Tbilisi-Ceyhan boru kəməridir, bu kəmər ilə neft Türkiyənin Ceyhan limanına çatdırılır.

Azərbaycanın yüngül nefti, eləcə də Gürcüstanın Supsa limanından ixrac edilir, həmin limana neft Bakı-Supsa kəməri ilə çatdırılır.

Bundan başqa, Bakıdan dəmir yolu ilə çatdırılan neft Gürcüstanın Qaradəniz limanı Batumidən, eləcə də Bakı-Novorossiysk kəməri ilə nəql edilərək Novorossiysk limanından da ixrac edilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *