SOCAR qazma işlərinin həcmini kəskin azaltdı
2015-ci ilin noyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 5402 metr qazma işi həyata keçirilib.
Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 5987 metr və ya 52% azdır.
“Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Ümumiyyətlə, 2015-ci ilin yanvar-noyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 97 725 metr qazma işi görülüb.
Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 17% azdır. Görülən işlərin 96 725 metri istismara, qalanı isə kəşfiyyata aid olub”, - deyə şirkətdən qeyd edilib.
Qeyd edək ki, noyabr ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 63 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Xatırladaq ki, ötən ilin təkcə noyabr ayında şirkət 11 389 metr qazma işi həyata keçirmişdi.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli