Azərbaycanda nağd pul kütləsi artdı
Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 1-nə olan məlumatına görə, ölkədə nağd pul kütləsi son bir ayda 0,1% artaraq 7 milyard 55,9 milyon manat olub.
Oxu.Az bu barədə AMB-yə istinadən xəbər verir.
Hesabata görə, son 1 ildə pul kütləsi 38,5%, ilin əvvəlinə nisbətən isə 38,9% azalıb.
Mənbə:> Oxu.Az