Azərbaycanda işsizlərə verilən müavinətlər artdı
2015-ci il avqustun 1-nə, iqtisadi fəal əhalinin sayı 4 milyon 877 min nəfər olub, onlardan 4 milyon 641 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Komitənin məlumatına görə, analoji dövrdə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29 min nəfər olub, onların 38,8%-ni qadınlar təşkil edib.
Beləliklə, son bir ay ərzində rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 100 nəfər azalıb.
2015-ci ilin iyulun 1 - i ilə müqayisədə işsizliyə görə müavinətin orta məbləği 0,8 manat artaraq, 244,2 manat təşkil edib.
Qeyd edək ki, 2015-ci ilin aprelin 1-nə müavinətin orta məbləği 254,4 manat, mayın 1-nə 248,3 manat, iyunun 1-nə isə 239,6 manat, iyulun 1-nə isə 244,2 manat təşkil etmişdi.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli