Azərbaycanda ipoteka kreditləşməsi azaldı
2015-ci il iyulun 1-nə olan məlumata görə, Azərbaycanda 56,5 milyon manat məbləğində ipoteka krediti verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) son yaydığı hesabatda qeyd olunub.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə, 4,2 milyon manat və ya 7% azdır.
Qeyd edək ki, son 1 ildə verilmiş kreditlərin orta məbləği 40 524 manat, kreditlərin orta illik faiz dərəcəsi ( 6,73%, bir ayda 0,01% azalıb), kreditlərə görə aylıq ödəniş məbləği isə 297,4 manat (son bir ayda 0,1% artıb) təşkil edib.
Onu da əlavə edək ki, kreditlərin orta müddəti isə son 5 ayda dəyişməz olaraq qalıb, 279 ay.
Mənbə:> Oxu.Az