Türkiyə 3 milyard dollar itirdi
Hazırda Türkiyənin əsas turizm şəhəri hesab edilən Antalyaya gələn turist sayının azlığı ilə əlaqədar şəhər bundan 2,5-3 milyard dollar itirib.
Oxu.Az Milliyyət-ə istinadən xəbər verir ki, bu barədə Antalya Ticarət və Sənaye Palatasının rəhbəri Davud Çətin bildirib.
Çətin bildirib ki, keçən illə müqayisədə Türkiyəyə ziyarət edən turist sayında azalma var və bu, daha çox Antalyada hiss edilir.
Dünya iqtisadi böhranı və Türkiyədə baş verən terror hadisələrinin turist sayına təsiri necə ola bilər? - sualına isə Palatanın rəhbəri bu barədə proqnoz etməyin çətin olduğunu qeyd edib:
“Bu vəziyyətin 2016-cı ildə turist sayına necə təsir edəcəyi barədə proqnoz vermək çətindi. Yeni hökumət bu vəziyyətlə əlaqədar qabaqlayıcı tədbirlər həyata keçirməlidir. Antalya üçün turizm çox önəmlidir, bu məsələni ciddiyə almalıyıq”, - deyə, o, bildirib.
Qeyd edək ki, ötən il 35 minə yaxın azərbaycanlı bu şəhəri ziyarət edib.
Mənbə:> Oxu.Az