Nazirlikdən elektron turist vizası ilə əlaqədar » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Nazirlikdən elektron turist vizası ilə əlaqədar – AÇIQLAMA

Nazirlikdən elektron turist vizası ilə əlaqədar


Elektron turist vizaları turizm şirkətlərinə müraciət edildikdən ən geci 10 gün müddətinə rəsmiləşdirilir.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

“Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən viza verilməsi prosedurunun 10 gündən 5 günə salınması ilə bağlı birgə fəaliyyət həyata keçirilir” - deyə, nazirlik qeyd edib.

Qeyd edək ki, nazirlik tərəfindən gəlmə turizmlə məşğul olan 65 turizm şirkətinə sözügedən bu sistemdən istifadə edərək elektron turist vizası almaq hüququ verilib.

Nazirlik bildirib ki, Mədəniyyət və Turizm Nazirliyindən xüsusi razılıq (lisenziya) almış və qeyd olunan qaydalarda göstərilən tələblərə uyğun gələn istənilən turizm şirkəti akkreditasiyadan keçmək üçün Nazirliyə müraciət edə bilərlər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *