Üç ayda Gürcüstana 2 milyon turist səfər etdi » AzNews.info -Xəbər portalı

Üç ayda Gürcüstana 2 milyon turist səfər etdi

Üç ayda Gürcüstana 2 milyon turist səfər etdi


Gürcüstana iyun ayından avqust ayına qədər 2 milyon xarici vətəndaş səfər edib, bu isə keçən ilin göstəricisindən 10% çoxdur. Bu barədə Milli Turizm Administrasiyasının məlumatında deyilir.

Oxu.Az “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, Gürcüstanda bir sutka və daha çox olanların sayı 2,4% artıb.

Gürcüstana səfər edən xarici vətəndaşların ümumi sayından 917 min nəfər turist olub.

“Bu keçən il ilə müqayisədə çox uğurlu və ciddi inkişafdır. Belə ki, 2014-cü ildə turistlər və beynəlxalq səfərlər arasında rekord ili idi. Bu il isə biz regionda mövcud xarici şoklara baxmayaraq, yaxşı nəticələr göstərə bildik”, - Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *