Milyarderlər 124 milyard dollar itirdi
Çin Mərkəzi Bankının iqtisadiyyatı dirçəltmək məqsədilə faiz dərəcələrini aşağı salması, dünyanın ən zəngin 400 nəfərinin bir gündə ümumi sərvətlərinin 124 milyard dollar azalmasına səbəb olub.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Microsoft-un qurucusu Bill Gates bu səbəblə 3,2 milyard dollarını itirib.
Bundan başqa, Asiyanın ən zəngini hesab olunan Wang Jianlin 3,6 milyard dollarını itirərək, Çin iqtisadiyyatında baş verən bu prosesdən ən çox zərər çəkən milyarder olub.
Qeyd edək ki, qlobal bazarlarda baş verən son proseslər ilə əlaqədar ötən həftə daha 400 nəfər milyarder 182 milyard dollarını itirmişdi.
Mənbə:> Oxu.Az