Bill Qeyts səhmlərini satır » AzNews.info -Xəbər portalı

Bill Qeyts səhmlərini satır

Bill Qeyts səhmlərini satır


Bill Qeyts həmtəsisçisi olduğu “Microsoft” şirkətinin səhmlərini satmağa davam edir.

Milyarder ötən ayın sonunda qiymətli kağızların növbəti hissəsini satıb.

AzNews.info ICTnews saytına istinadən bildirir ki, “Computer World”un məlumatına görə, 2014-cü il oktyabrın 27-dən 31-dək Bill Qeyts 45,92 - 46,76 dollar qiymətinə təxminən 20 milyon səhm sataraq 925 milyon dollar qazanıb.

Qeyts hazırda “Microsoft”un 13.6 milyard dollar dəyərində 278 milyon səhminə sahibdir. “Microsoft”un keçmiş rəhbəri hər rüb şirkətin təxminən 20 milyon səhmini satır və qazandığı pulu xeyriyyəçiliyə istiqamətləndirir. Bu templə Qeyts dörd il sonra “Windows” istehsalçısı səhmdarlarının tərkibini tərk edəcək.

Mənbə: ICTnews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *