“MSN Messenger”in sonu çatdı
“The Verge” nəşri yazır ki, “Microsoft” korporasiyası oktyabrın 31-də “MSN” messencerinin dəstəyini tamamilə dayandıracaq. Messencerin istifadəçiləri şirkətin başqa məhsuluna (Skype) keçməli olacaqlar.
ANS PRESS-in “ICTnews”a istinadən məlumatına görə, “MSN Messenger” artıq dünyanın əksər ölkələrində işləmir: “Microsoft” 2013-cü ildə proqramın dəstəyini dayandırıb. Yalnız Çində “MSN Messenger” əlçatan olub. Lakin 1 noyabr tarixindən proqramın Çin versiyası əlçatmaz olacaq.
“MSN Messenger” 1999-cu ildə istifadəyə verilib. Proqram son dərəcə populyar idi: 330 milyon insan ondan istifadə edib. Bu göstərici “Snapchat” istifadəçilərinin sayından üç dəfə daha çoxdur və “Gmail” istifadəçilərinin 75 faizini təşkil edir.
Mənbə:> ANSPRESS