Rusiya 25 milyard itirdi » AzNews.info -Xəbər portalı

Rusiya 25 milyard itirdi

Rusiya 25 milyard itirdi


ABŞ-ın və Avropa ölkələrinin Rusiyaya qarşı iqtisadi sanksiyaları Moskva üçün baha başa gəlib. Belə ki, ötən il Rusiya iqtisadiyyatı sanksiyalardan 25 milyard avro itirib.

ANS PRESS xəbər verir ki, bunu Rusiyanın baş naziri Dimitri Medvedev bildirib.

O deyib ki, bu itkilər bu il bir neçə dəfə artacaq. Onun sözlərinə görə, 2015-ci ilin birinci rübündə ölkə iqtisadiyyatı 2 faiz geriləyib.

Bu arada rublun ABŞ dollarına nisbətdə məzənnəsi yenidən düşməyə başlayıb. Aprelin 21-də Moskva birjasında 1 dollar 54 rubla satılıb ki, bu aprelin 8-dən bu yana ən yuxarı həddir. Rubl ötən ilin dekabrında dollara nisbətdə ən aşağı həddə düşdükdən sonra, yavaş-yavaş bərpa olunmağa başlamışdı. Həmin vaxt 1 ABŞ dolları təxminən 80 rubl idi.

Xatırladaq ki, 2014-cü ildə dünya bazarında neftin qiymətinin kıskin düşməsi, Ukrayna böhranına görə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar əsas gəliri neftdən olan Rusiya iqtisadiyyatına ciddi zərbə vurur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *