Məşhur türk müğənni: Atamı evlilik proqramında görəndə şok oldum – VİDEO
Müğənni Hülya Avşarın TV8-də yayımlanan proqramında bu həftə həmkarı, müğənni İşın Karaca qonaq olub.
Oxu.Az xəbər verir ki, o, atasıyla bağlı etiraf edərkən göz yaşlarını saxlaya bilməyib:
“Həyatım boyunca atamla münasibətim olsun deyə mübarizə aparmışam. Təəssüf ki, çox gənc yaşda alkoqol düşkünü oldu. Atamızdan xahiş etdik ki, içkini buraxsın. Heç birimizin telefonlarına cavab vermədi. Sonra yenə də hər şeyi bağışladım. Dedim ki, getmək istəyirsənsə, get. Dediyim vaxtdan 2 gün sonra getdi”.
İ.Karaca hamilə olduğu anda atasını evlilik proqramlarından birində görərkən şok olduğunu deyib:
“Onu evlilik proqramında görəndə çox stress keçirdim. Proqramda məni “nankör övlad” adlandırdılar. Mənim və atamın həyatını mövzuya çevirdilər. Hər gün anonsda mənim studiyaya gələcəyimi deyərək reytinq qazandılar. Bütün bu stressə görə övladımı vaxtından əvvəl dünyaya gətirdim. Bütün bunlardan qısa müddət sonra atam vəfat etdi”.
Mənbə:> Oxu.Az